IV UŞAQ FOLKLOR MUSİQİ MÜSABİQƏSİNİN İKİNCİ MƏRHƏLƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Respublika IV uşaq folklor musiqi festivalının Şamaxı şəhərində keçirilən zona müsabiqəsinə yekun vurulmuşdur. Müsabiqədə Ağsu, Ağdam, Qobustan, Zərdab, Göyçay, İsmayıllı, Kürdəmir və Ucar rayonlarının musiqiçiləri iştirak etmişlər.
Qaliblər üç nominasiya üzrə baxış - müsabiqədə müəyyənləşdirilmişlər. Rəqs üzrə Ucar, tək ifaçılıq üzrə Zərdab və kollektiv ifada İsmayıllı musiqiçiləri birinci yer tutmuşlar. Onlar martın 26-da Bakıda keçiriləcək final müsabiqəsinə vəsiqə qazanmışlar.
Qaliblərə və fərqlənənlərə diplomlar, qiymətli hədiyyələr verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi
- 29.09.2026 [20:37]