İyunda Gömrük Komitəsinin Çağrı mərkəzinə 9218 müraciət daxil olub
Bakı, 3 iyul, AZƏRTAC
Dövlət Gömrük Komitəsi iyun ayında “195/6” Çağrı mərkəzinə daxil olan zənglərin hesabatını hazırlayıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, ötən ay Çağrı mərkəzinə ünvanlanan 9218 müraciət cavablandırılıb. Bu müraciətlərdən 2951-i elektron xidmətlər, 338-i gömrük ödənişləri, 1820-si fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallarla bağlıdır.
Həmçinin ay ərzində sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru ilə bağlı 644 müraciət, xarici dövlətlərdə daimi qeydiyyatda olan nəqliyyat vasitələrinin ölkə ərazisinə müvəqqəti olaraq gətirilməsi ilə bağlı 358, şikayət xarakterli müraciətlər 247, ixrac gömrük proseduru ilə bağlı 153, gömrük-sərhəd buraxılış məntəqələrinin işi ilə bağlı 572, “Könüllü gömrükçü” fəaliyyəti ilə bağlı 121 və digər mövzularla bağlı 2014 müraciət daxil olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [17:21]