İYUNUN AYRI-AYRI GÜNLƏRİNDƏ HAVANIN HƏRARƏTİ NORMADAN AŞAĞI OLACAQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq hərarəti müsbət 21-24 dərəcə (gecə 16-21, gündüz 24-29 dərəcə, ayrı-ayrı günlərdə isə 32-34 dərəcə) olacaqdır.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq hərarəti 21-23 dərəcəyə çatacaq ki, bu da normadan 1 dərəcə aşağıdır (gecə 14-19, gündüz 26-31 dərəcə, ayrı-ayrı günlərdə 33-36 dərəcə).
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə havanın orta aylıq hərarəti 14-19 dərəcə isti olacaq ki, bu da normadan 1 dərəcə aşağıdır (gecə 9-14 dərəcə, gündüz 18-23 dərəcə, ayrı-ayrı günlərdə isə 24-26 dərəcəyədək isti).
Qazax-Gəncə, Ağdam-Füzulidə orta aylıq hərarət normadan 1 dərəcə aşağı - 20-22 dərəcə olacaqdır (gecə 15-19, gündüz 24-29 dərəcə, ayrı-ayrı günlərdə isə 30-34 dərəcə).
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur 17-21 dərəcə olacaqdır, (gecə 12-17 dərəcə, gündüz 20-25 dərəcə, ayrı-ayrı günlərdə 27-32 dərəcə).
Mərkəzi-Aran rayonlarında orta aylıq hərarət 22-24 dərəcə (gecə 16-21 dərəcə, gündüz 25-30 dərəcə, bəzi günlərdə 32-36 dərəcəyədək isti) olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur 21-23 dərəcəyə (gecə 15-19 dərəcə, gündüz 25-29 dərəcə təşkil edəcək, ayrı-ayrı günlərdə isə 33 dərəcə) çatacaqdır.