İzmirdə Türkiyə ilə Azərbaycanın müvafiq qurumlarının enerji sektorundakı əməkdaşlıq perspektivləri müzakirə edilib
İzmir, 4 sentyabr, Günel Karatepe, AZƏRTAC
Türkiyənin İzmir şəhərində keçirilən IV Türkiyə-Azərbaycan Enerji Forumu çərçivəsində hər iki ölkənin enerji sahəsinə məsul qurumlarının nümayəndələri və iş adamlarının iştirakı ilə enerji sektorundakı inkişaf tendensiyaları kontekstində əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunmuş dəyirmi masa təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə keçirilən görüşdə rəqəmsallaşma, elektrik enerjisi bağlantıları, enerji saxlanc sistemləri və şəbəkə təhlükəsizliyi mövzuları, eləcə də təbii qaz tələbatı, biometan istehsalı təcrübəsi, ikitərəfli və sərhədlərarası enerji layihələri, həmçinin potensial investisiya istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Toplantının ardından hər iki nazir mətbuata birgə açıqlama veriblər.
Sonra nazirlər İzmirdəki STAR neft emalı zavodunu ziyarət ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]
Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb
- 10.08.2026 [17:19]
Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib
- 10.08.2026 [17:18]
Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
- 10.08.2026 [17:16]
Fiziki şəxslərin banklardakı əmanətləri 15,5 faiz artıb
- 10.08.2026 [16:52]
Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb
- 10.08.2026 [16:44]