İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 62-yə çatıb
İzmir, 1 noyabr, AZƏRTAC
İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 62-yə çatıb.
AZƏRTAC xəbər verir ki, yeraltı təkanlar zamanı 940 nəfər yaralanıb və 218 nəfərin müalicəsi davam edir. Bu xəstələrdən səkkizi reanimasiyadadır, onlardan üçünün vəziyyəti ağırdır.
Hadisə zamanı zədələnən və ya çökən 17 binadan 8-də axtarış-xilasetmə işləri davam edir.
İndiyədək bölgədə ciddi zədələnən 28 bina aşkarlanıb. Bu tikililərin sökülməsinə qərar verilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İzmir
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]