İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı artıb
İzmir, 1 noyabr, AZƏRTAC
İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 69-a çatıb.
AZƏRTAC xəbər verir ki, yeraltı təkanlar zamanı 949 nəfər yaralanıb, onlardan 220 nəfərin müalicəsi davam edir.
Hadisə zamanı zədələnən və ya çökən binalardan 8-də axtarış-xilasetmə işləri davam edir. İndiyədək bölgədə ciddi zədələnən 28 bina aşkarlanıb. Bu tikililərin sökülməsinə qərar verilib.
Oktyabrın 30-da baş verən 6,6 bal gücündə zəlzələdən sonra bölgədə 975 afterşok qeydə alınıb, onlardan 43-dən çoxu dörd baldan yuxarıdır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İzmir
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]