JURNALİSTLƏR MÜĞƏNNİYƏ KÜÇƏNİ SÜPÜRMƏYƏ İMKAN VERMƏDİLƏR
1980-ci illərin populyar “Culture Club” qrupunun solisti küçələrə tökülmüş yarpaqları süpürə-süpürə jurnalistlərin üstünə ataraq demişdir: “Bu, məni itaətkarlığa öyrətməlidir. İmkan verin, işimi görüm. Anam süpürgəçi, atam isə inşaatçı olub”.
Bir azdan Nyu-York Abadlaşdırma Departamenti Corcu jurnalistlərin əl-ayağa dolaşa bilməyəcəyi bir yerə - qapalı avtomobil dayanacağına göndərməli olmuşdur.
Agentlik xatırladır ki, bu ilin martında Corc mənzilinin yarıldığı barədə polisə yalan məlumat verdiyinə görə, beş günlük ictimai işlərə məhkum edilmişdir.
İyunda məhkəmə iclası zamanı Corcun vəkili hakimdən ona QİÇS-lə mübarizə üzrə xeyriyyə təşkilatı üçün işləməyə icazə verməsini xahiş etmişdir. Lakin hakim nəinki öz qərarını dəyişməmiş, hətta hədələyərək bildirmişdir ki, müğənni avqustun 28-dək ictimai işləri yerinə yetirməsə, onu həbsxanaya göndərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]