Kabildə prezident sarayının 20 əməkdaşı koronavirusa yoluxub
Bakı, 11 aprel, AZƏRTAC
Kabildə prezident sarayının 20 əməkdaşının koronavirus testlərinin nəticələri müsbət çıxıb.
AZƏRTAC TOLOnews telekanalına istinadla xəbər verir ki, mütəxəssislər ümumilikdə 517 testi tədqiq ediblər. Yoluxma halları müəyyən edildikdən sonra Əfqanıstan Səhiyyə Nazirliyinin işçiləri prezident sarayının digər əməkdaşlarından və məmurlardan da analizlər alıb.
Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Bakı vaxtı ilə saat 15:30-a olan məlumata əsasən, artıq dünyada 1 milyon 710 mindən çox yoluxma və 104 minə yaxın ölüm faktı qeydə alınıb.
Əfqanıstanda isə indiyə qədər COVID-19 xəstəliyinə 555 nəfər yoluxub, 18 nəfər isə həyatını itirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:43]
Pakistan “Fətah-2” raketinin sınağını keçirib
- 13.10.2026 [16:25]
Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]