Kambocada yanğında ölənlərin sayı 26 nəfərə çatıb
Bakı, 31 dekabr, AZƏRTAC
Kambocanın Poypet şəhərində “Diamond City Hotel and Casino” kompleksində baş verən yanğında ölənlərin sayı 26 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli “Fresh News” məlumat yayıb.
Ölənlərdən 17-si Tailand vətəndaşı, 3 nəfər isə Nepal, Malayziya və Çin vətəndaşıdır. Daha 6 cəsədin şəxsiyyəti müəyyən olunmayıb, lakin onların da xarici ölkə vətəndaşları olduğu ehtimal edilir. Faciə zamanı 57 nəfər yaralanıb.
Qeyd edək ki, hadisə dekabrın 28-də gecə saatlarında baş verib. Yanğını məhdudlaşdırmaq yalnız 10 saat sonra mümkün olub. Faciənin qaz balonu və ya yanacaq çəninin partlaması, habelə elektrik xətlərindəki problem səbəbindən baş verdiyi güman olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]