Kamran Əliyev: Son 21 ildə prokurorluğa 1203 nəfər işə qəbul edilib
Bakı, 15 yanvar, AZƏRTAC
Müsabiqə yolu ilə prokurorluq orqanların qəbul olunmuş şəxslərin sayı prokurorluğun kadr korpusunun 89.1 faizini təşkil edir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunu Baş prokuror Kamran Əliyev yanvarın 15-də prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində çıxışında bildirib.
Qeyd olunub ki, son 21 ildə prokurorluğa 1203 nəfər işə qəbul edilib. Onların 1097-si kişi, 106-sı isə qadındır.
Hazırda onlardan 1009 nəfəri prokurorluq orqanlarında əmək fəaliyyətini davam etdirir.
Müsabiqə yolu ilə prokurorluq orqanlarına qəbul olunmuş şəxslər prokurorluğun kadr korpusunun 89.1 faizini təşkil edir.