Kamran Əliyev: Ulu Öndər Hüquq fakültəsini tamamilə xalqın fakültəsinə çevirdi
Bakı, 21 dekabr, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə Hüquq fakültəsinin əsas inkişaf istiqamətlərindən biri buraya tələbə kimi daxil olmaqda mövcud maneələrin aradan qaldırılması olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunu Baş prokuror Kamran Əliyev Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik və Hüquq fakültəsinin 95 illik yubileylərinə həsr olunmuş “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi konfransda deyib.
Baş prokuror qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevə qədər Hüquq fakültəsinə daxil olanlar əsasən o dövrdə partiya və digər dövlət orqanlarının vəzifəli şəxslərinin övladları idisə, dahi lider bu bürokratik mexanizmi sındırdı, Hüquq fakültəsini tamamilə xalqın fakültəsinə çevirdi. Əsas məsələlərdən biri də o dövrdə hüquq təhsili və elmi sahəsində çalışan alimlərin milliləşdirilməsi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [18:56]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]