KANADA AZƏRBAYCAN DƏRNƏKLƏRİ FEDERASİYASI “MULTİCULTURALİSM DAY” BAYRAMINI QEYD ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Kanada Azərbaycan Dərnəkləri Federasiyasının (KADF) nümayəndələri iyunun 27-də qeyd olunan “MULTİCULTURALİSM DAY” bayramı münasibətilə Toronto bələdiyyəsinin Qocalar evində (“Cummer Lodge”) konsert proqramı ilə çıxış etmişlər. Federasiyanın icraçı direktoru Əkbər Məcidov Azərbaycan musiqisi, tar və kamança barədə ətraflı məlumat vermişdir. Qocalar evinin sakinləri qədim musiqi alətlərimizə böyük maraq göstərmiş, onları əldən-ələ ötürmüşlər.
Sonra KADF-in musiqiçilər qrupunun ifasında muğamlarımız, digər klassik mahnılarımız səslənmişdir. Qocalar evinin məsul işçisi Azərbaycan musiqisinin bənzərsiz məziyyətlərindən danışaraq, qrupu daha bir görüşə dəvət etmişdir.
Ə.Məcidov demişdir ki, federasiyanın musiqiçiləri, o cümlədən rəqs qrupu daha böyük konsert proqramı hazırlayır, ölkənin digər şəhərlərində də konsertlər vermək niyyətindədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]