KANADA QIRĞIZISTANDA YAŞAYAN 525 ƏFQAN QAÇQININI QƏBUL EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Bi-Bi-Si-nin yaydığı məlumata görə, Kanada hökuməti Qırğızıstanda yaşayan əfqan qaçqınlardan 525 nəfərini qəbul etməyə razı olduğunu bildirmişdir. Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Rupert Kolvill açıqlamışdır.
Nəzərdə tutulduğuna görə, əfqan qaçqınların Kanadaya köçməsi prosesi cari ilin sonuna qədər başa çatmalıdır. Bundan sonra Qırğızıstanda daha 100-dək qaçqın qalacaqdır.
R.Kolvill demişdir ki, Kanada hökuməti Tacikistanda yaşayan əfqan qaçqınlarına da bu ölkəyə köçmək hüququ verilməsinin mümkünlüyü məsələsini nəzərdən keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]