Kanadada baş vermiş güclü yanğınla bağlı bir neçə ölkədən yanğınsöndürənlər cəlb olunub
Stokholm, 26 iyul, Nərgiz Cəfərli, AZƏRTAC
Alberta vilayətində tüğyan edən meşə yanğınları ilə mübarizə aparmaq üçün dünyanın hər yerindən yüzlərlə yanğınsöndürən Kanadaya yollanır.
AZƏRTAC xəbər verir ki, Casper turizm kurortunda binaların 30-50 faizi orada və ətrafdakı milli parkda baş verən güclü meşə yanğını nəticəsində dağılıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın hələ də nəzarət altına alınmayıb, ərazidən 5 min şəhər sakini və 20 min turist təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.
İlkin məlumatlara görə, alov cəmi yarım saat ərzində güclü küləklə beş kilometrlik əraziyə yayılıb və 100 metr hündürlüyündə “od divarı” şəhərə çatıb.
Kanadanın Baş naziri Castin Trüdo X platformasında Albertanın cəsur yanğınsöndürənlərinə minnətdarlığını bildirib. O, həmçinin bəyan edib ki, Avstraliya, Yeni Zelandiya, Meksika və Cənubi Afrikadan 400-dən çox yanğınsöndürən kömək məqsədi ilə Kanadaya gəlir.
Qeyd edək ki, Casper Milli Parkı özünəməxsus dağ mənzərələrinə görə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə edilir
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]