Kanadalı fiqurlu konkisürənlər üçqat Olimpiya çempionu oldular
Bakı, 20 fevral, AZƏRTAC
Kanadalı fiqurlu konkisürənlər Tessa Virçu və Skott Moir Cənubi Koreyanın Pxençan şəhərində keçirilən Olimpiya Oyunlarında buz üzərində rəqslərdə qızıl medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, onlar qısa və sərbəst proqramların yekununa görə 206,07 bal qazanmaqla dünya rekorduna imza atıblar.
Fransız Qabriela Papadakis-Giyom Sizeron cütlüyü (205,28) gümüş medala, ABŞ-dan Mayya və Aleks Şibutani cütlüyü isə (192,59) bürünc medala yiyələnib.
Virçu və Moir 1997-ci ildən birgə çıxış edirlər. Pxençanda qazandıqları kanadalıların üçüncü qızıl medalıdır. Daha əvvəl onlar 2010-cu il Vankuver Olimpiadasında və Pxençanda komanda turnirində qızıl medal əldə ediblər. Bundan əlavə, 28 yaşlı Virçu və 30 yaşlı Moirin aktivində dünya çempionatının 3 qızılı və Qran-Pri finalının qələbəsi (2016/2017-ci il mövsümü) var.
Hazırkı qızıl Kanada yığmasında səkkizincidir. Ümumilikdə, yığma bu Oyunlarda 19 medala (8 qızıl, 5 gümüş, 6 bürünc) sahibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]