Kanadanın İcmalar Palatasında “Vaqner” PMC-nin terror təşkilatı kimi tanınmasına çağırış olunub
Bakı, 15 fevral, AZƏRTAC
Kanada Parlamentinin İcmalar Palatasının Xarici əlaqələr komitəsinin sədr müavini Garnett Janis çərşənbə axşamı hökuməti “Waqner” PMC-ni terror təşkilatı kimi tanımağa çağırıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə məlumat Ukraynadakı vəziyyətin müzakirə olunduğu Kanada parlamentinin saytında yayımlanıb.
“Biz Vaqner qrupunun terror təşkilatı kimi tanınması çağırışını qətiyyətlə dəstəkləyirik. Ümid edirik ki, hökumət bu tövsiyəni yerinə yetirəcək”, -deyə palatada Mühafizəkarlar Partiyasının təmsilçisi belə söyləyib. O, parlamentin bu təşəbbüsü yekdilliklə dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, ötən il dekabrın əvvəlində ABŞ senatorları Dövlət Departamentini “Vaqner” PMC-ni terror təşkilatı kimi tanımağa məcbur edən qanun layihəsi təqdim ediblər. Sənəddə, həmçinin “Vaqner PMC-yə və ya ona bağlı olan istənilən strukturların terror təşkilatları elan edilməsi təklif olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]