Kapitan: “Abşeron”un voleybolçularına göz açmağa imkan vermədik
Bakı, 10 yanvar, AZƏRTAC
"Bu qələbəyə görə komandamı təbrik edirəm. İnanıram ki, davamı gələcək".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Milli Aviasiya Akademiyası”nın voleybolçusu Şəfaqət Alışanova Yüksək Liqanın VIII turunda "Abşeron"a 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.
Təcrübəli oyunçu yeni ilə qələbə ilə başlamağın sevindirici hal olduğunu bildirib: "Düşünürəm ki, rəqibin əsas oyunçularına göz açmağa imkan verməməyimiz və onların əsas liberosu Bəyaz Quliyevanın olmaması qələbə qazanmağımızın əsas səbəblərindən biridir. Bəlkə də “Abşeron” bizimlə matça arxayın çıxmışdı".
Bu mövsüm çempionatın maraqlı keçdiyini deyən Ş.Alışanova voleybolsevərlərdən dəstək istəyib: "Düzdür, hazırda matçlara az sayda azarkeş gəlir. Fanatlar idmana gözəllik qatır. Əvvəlki azarkeş dəstəyini geri qaytarmaq üçün həm milli, həm də klub səviyyəsində çoxlu qələbələr qazanmalıyıq. Azərbaycan Voleybol Federasiyası bu sahənin hərtərəfli inkişafı naminə işlər görür. Yalnız yaxşı nəticələr insanları yenidən salonlara qaytara bilər. Fanatlar komandadan qələbə gözlədiyi kimi, biz idmançılar da hər zaman onlardan dəstək gözləyirik. İnanıram ki, ölkə voleybolu əvvəlki günlərinə qayıdacaq".
Komandasının hədəflərindən də söz açan toppaylayıcı əlavə edib: "Debütant komanda kimi hədəfimiz ilk "dördlük"də olmaqdır. Ən əsası isə baxımlı oyun göstərməkdir".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]