KARATEÇİLƏRİMİZ BEYNƏLXALQ TURNİRDƏ 3-CÜ YER TUTMUŞLAR
17 ölkədən 800-ə yaxın idmançının mübarizə apardığı yarışda ölkəmizi məşqçi Rafael Məmmədovun rəhbərliyi ilə 6 nəfərdən ibarət yığma komanda təmsil etmişdir. İdmançılarımız şəxsi yarışlarda uğursuz çıxış etsələr də, Amid Məhərrəmov, Haldun Loğmanov və İbrahim Heydərov komanda hesabında 3-cü yer tutmuşlar. Ukrayna birinci, Rusiya isə 2-ci olmuşlar.
“Qara dəniz” kuboku uğrunda növbəti turnirin 2007-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur.