Karateçimiz Karate 1 Premyer Liqa turnirinin finalına vəsiqə qazanıb
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan karateçisi Firdovsi Fərzəliyev (60 kq) İstanbulda keçirilən Karate 1 Premyer Liqa turnirinin finalına vəsiqə qazanıb.
Azərbaycan Milli Karate Federasiyanın mətbuat xidmətinin rəhbəri Sənan Məhərrəmov AZƏRTAC-a bildirib ki, kumite yarışlarında çıxış edən F.Fərzəliyev bütün rəqiblərini məğlub edərək adını finala yazdırıb. Həlledici mərhələdə onun rəqibi Türkiyə təmsilçisi Eray Şamdan olacaq. Qarşılaşma martın 14-də keçiriləcək.
Kata komandamız isə bürünc medal uğrunda mübarizə aparacaq. Həmin görüş də martın 14-də baş tutacaq.
Turnirdə 75 ölkədən 865 karateçi iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]