Kardif ictimaiyyəti Xocalı soyqırımı barədə məlumatlandırılıb
Kardif, 27 fevral, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Uelsin Kardif şəhərində aksiya keçirilib.
Aksiya Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi və “Cardiff Business School”da təhsil alan tələbə Sona Qaçayevanın təşəbbüsü ilə baş tutub.
Aksiya zamanı üzərində “Justice for Khojaly” yazılmış geyimlərdə olan azərbaycanlı tələbələr Kardifin mərkəzi küçələrində və universitetdə insanların diqqətini Ermənistan tərəfindən Xocalıda əliyalın, silahsız insanlara qarşı törədilmiş vəhşiliklərə cəlb edib. Belə ki, aksiya çərçivəsində soyqırımını əks etdirən fotolar nümayiş etdirilib, qətliam haqqında broşürlər paylanılıb.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
Kardif
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]