KARİKATURA ETİRAZLARI KİYEVƏ DƏ GƏLİB ÇATDI
Tədbir ötən ilin axırlarında baş vermiş “Fransasayağı” iğtişaşlar üslubunda keçirilmişdir: dörd avtomobil yandırılmışdır. Amma tədbir xəbərdarlıq xarakteri daşıdığına görə, yandırılan oyuncaq avtomobillər idi.
“Bratstvo” təşkilatının nümayəndələri öz müraciətində “Frans-suar” qəzetinin bağlanmasını və Fransa hökumətinin rəsmən üzr istəməsini tələb etmişlər. Müraciətdə deyilir: “Bu üzrxahlıqlar rəsmən elan olunmayınca, biz qurbağa yeməkdən, fransız şərabı içməkdən, xarici legiona hərbçilər göndərməkdən imtina edəcəyik. Biz “Fransada hazırlanıb” markalı ətirləri, parfümeriya məmulatını da almayacağıq”.