Karina Kukuşkina: F1 Əyləncə zonasında tamaşaçıların istirahəti üçün hər cür şərait yaradılıb
Bakı, 28 aprel, AZƏRTAC
Formula 1 SOCAR Azərbaycan Qran-Prisi yüksək səviyyədə təşkil olunub. Əyləncə zonasında tamaşaçıların istirahəti üçün hər cür şərait yaradılıb.
Bu sözləri Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin Əyləncə zonasında çıxış edən Sankt-Peterburqun “Barabançı qızlar” şou qrupunun üzvü Karina Kukuşkina AZƏRTAC-a müsahibəsində deyib.
Azərbaycana ilk dəfə gəldiyini bildirən K.Kukuşkina qeyd edib: “Bakı çox müasir şəhərdir. Ölkənizdə irimiqyaslı yarışların yüksək səviyyədə təşkil olunduğunu bilirəm. Azərbaycan Qran-Prisi avtoidman həvəskarları tərəfindən çox sevilir. Bunu Bakıya gələn azarkeşlərin sayından da bilmək olar. Ümid edirəm ki, gələn il yenə Bakıya gələcəyik. “Küləklər şəhəri” üçün çox darıxacağam”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]