Keçən il Tovuzda üzümlüklərin sahəsi 745 hektara çatdırılıb
Tovuz, 24 fevral, Rauf Hacıyev, AZƏRTAC
Keçən il Tovuz rayonunda 20 hektar sahədə yeni üzüm bağları salınıb.
Tovuz Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görülmüş tədbirlərdən sonra rayon üzrə üzümlüklərin ümumi sahəsi 745 hektara çatdırılıb.
Mövsüm ərzində rayonda 16 min 283 ton məhsul istehsal olunub. Əvvəlki illə müqayisədə məhsuldarlıq 44 sentner artaraq 245,6 sentnerə çatıb.
Aşağı Quşçu kəndində 3 min tonluq üzüm emalı müəssisəsi yaradılıb. Keçən il müəssisə ilk dəfə olaraq fermerlərdən münasib qiymətlərlə məhsul qəbul edib. Müəssisədə müasir texnologiyalar əsasında alkoqollu içkilərin istehsalı, süzülərək qablaşdırılması, hazır məhsul şəklində bazarlara çıxarılması planlaşdırılır.
Qeyd edilib ki, müvafiq dövlət proqramına uyğun olaraq bu sahədə aparılan işlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]