Keçmiş məcburi köçkün: Ermənilərin təcavüzü nəticəsində yaralanmışam
Bakı, 7 dekabr, AZƏRTAC
Birinci Qarabağ müharibəsi iştirakçısıyam. Döyüşlər gedən zaman ailəmi Bakıya gətirib yerləşdirib özüm geri qayıdıb döyüşlərə qatıldım, ermənilərin təcavüzü nəticəsində yaralandım.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində doğma yurduna qayıdan Füzuli sakini Cəmil Abbasov söyləyib.
Binəqədi rayonu 2 nömrəli yataqxanada məskunlaşdığını bildirən C. Abbasov deyib: “Artıq bütün ağrı-acılar geridə gəldi, çünki torpaqlarımız işğaldan azad olunub və biz oraya qayıdırıq".
O, torpaqlarımızı işğaldan qurtaran Azərbaycan Ordusuna minnətdarlığını bildirib, Vətən uğrunda canlarından keçən şəhidlərə rəhmət, onların ailələrinə səbir diləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [18:57]
Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?
- 06.10.2026 [18:31]