Keçmiş məcburi köçkün: Vaxtilə ağlaya-ağlaya çıxdığımız yurdumuza indi hədsiz sevinclə qayıdırıq
Bakı, 11 oktyabr, AZƏRTAC
Çox şükür, bu xoş günü görmək bizə də nəsib oldu. Vaxtilə ağlaya-ağlaya çıxdığımız yurdumuza indi hədsiz sevinc hissi ilə gülə-gülə qayıdırıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Füzuli sakini, keçmiş məcburi köçkün Ülkər Süleymanova deyib.
“Məcburi şəkildə köçürüləndə ailəmiz 6 nəfərdən ibarət idi, indi 20 nəfərdən çox olmuşuq”, - deyən Füzuli sakini Vətən uğrunda mübarizədə qəhrəmanlıq göstərərək şəhid olanlara Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə də təşəkkür edən Ülkər Süleymanova qeyd edib: “Füzulidən çıxanda böyük stres keçirmişdim. İndi yenidən o günləri xatırlayanda kədərlənirəm, amma, eyni zamanda, qürur duyuram ki, o torpaqlara qayıdıram. Çox həyəcanlıyam. Hisslərimi sözlərlə ifadə etmək çətindir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 02.10.2026 [19:23]
“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar
- 02.10.2026 [18:33]
Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub
- 02.10.2026 [18:14]