KƏNDLƏRDƏ UŞAQLAR ÜÇÜN TƏHLÜKƏSİZ OYUN MEYDANÇALARI YARADILIR
Qızıl Aypara Cəmiyyəti Xanlar rayonunun Toğanlı kəndində uşaqlar üçün təhlükəsiz oyun meydançası yaratmışdır. Cəbhə bölgəsinə yaxın sərhəd kəndlərində belə meydançaların yaradılmasından əsas məqsəd uşaqları minalanmış ərazilərdən və zərərsizləşdirilməmiş hərbi sursat təhlükəsindən qorumaqdır.
Cəmiyyətdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Qazax rayonunun Kəmərli, Tovuz rayonunun Əlibəyli və Ağdam rayonunun sərhəd bölgəsindəki kəndlərdən sonra Xanlarda açılan bu meydança sayca on beşincidir. Meydançalar üçün sahələrin seçilməsində Respublika Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi yaxından iştirak edir.