Kəngərli rayonunda ağacəkmə aksiyası keçirilib
Kəngərli, 27 fevral, AZƏRTAC
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar muxtar respublikanın Kəngərli rayonunun Qıvraq qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə 250 yerli növ badam tingi əkilib. Aksiyada idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər iştirak ediblər.
Əkilən tinglərə aqrotexniki qulluq göstərilib, onların dibləri ağardılıb və suvarılıb.