Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəngərli rayonunda telekommunikasiya sistemi və Rabitə Evi istifadəyə verilib

Kəngərli, 8 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının prioritet sahə olduğunu bildirərək deyib: “Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq”.

Bu gün muxtar respublikada rabitə və yeni texnologiyaların inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Yaşayış məntəqələri tamamilə telefonlaşdırılıb, müasir rabitə sistemləri qurulub, sürətli internetə çıxış təmin olunub. Bu tədbirlərin davamı kimi dekabrın 8-də Kəngərli rayonunda telekommunikasiya sistemi və yeni Rabitə Evi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimalıyev çıxış edərək deyib ki, muxtar respublikada əldə edilmiş sosial-iqtisadi inkişaf rabitə və yeni texnologiyalar sahəsini də əhatə edib. Əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə konkret vəzifələr müəyyənləşdirilib, rabitə sektoruna investisiyaların cəlb edilməsi nəticəsində istismarda olan avtomat telefon stansiyaları müasir tələblərə cavab verən yeni rabitə sistemi ilə əvəz olunub, ən ucqar dağ kəndlərində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilib. Hazırda muxtar respublikada montaj tutumu 95 min 128 abunə yerlik avtomat telefon stansiyalarından 70 min 585 abonent istifadə edir. Bunlarla yanaşı, istismar olunan 214 avtomat telefon stansiyasından 195-i və yaxud 91 faizi yeni nəsil texnologiyalara əsaslanır. 39 min 203 abonent isə geniş zolaqlı internet istifadəçisidir. Bu gün muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur. Naxçıvanın beynəlxalq transavrasiya fiber-optik magistrallarına ikitərəfli çıxışı təmin edilib. Fiber-optik kabel xətləri üzərində qurulan iritutumlu telekommunikasiya şəbəkələri elektron hökumət, bank, maliyyə, vergi, təhsil, səhiyyə və digər sahələr üzrə elektron xidmətlərin təşkilinə imkan verir. Muxtar respublikanın hazırda qlobal internet sisteminə dördtərəfli çıxışı təmin edilib, bütün yaşayış məntəqələri genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətləri ilə təmin edilib. Vüsal Sevdimalıyev yaradılan şəraitə görə bütün rabitə işçiləri adından Ali Məclisin sədrinə minnətdarlıq edib.

Kəngərli Rayon Rabitə İdarəsinin əməkdaşı Emil Qasımov rayon rabitəçiləri və sakinləri adından minnətdarlıq edərək deyib: “Muxtar respublikada aparılan quruculuq işləri insanların həyat səviyyəsini günbəgün yaxşılaşdırır. Kollektivimiz heç vaxt bugünkü qədər müasir və rahat iş şəraiti ilə təmin olunmamışdı. Burada sakinlərə nümunəvi poçt və rabitə xidmətlərinin göstərilməsi üçün bütün şərait yaradılıb. İstər binanın tikilib istifadəyə verilməsi, istərsə də yeni nəsil telekommunikasiya sistemlərinin qurulması rayonumuzda rabitənin inkişafına göstərilən qayğının bariz nümunəsidir. Artıq Kəngərli rayonunun bütün yaşayış məntəqələrində insanlar ən müasir rabitə xidmətindən istifadə edəcəklər. Bu da insan amilinə verilən dəyərin əyani sübutudur”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün Kəngərli rayonunun həyatında əlamətdar gündür. Rabitə Evi üçün yeni bina istifadəyə verilir. Kəngərli rayonu 1 qəsəbə, 10 kənddən ibarətdir. Rayonda 33 minə yaxın əhali yaşayır. Əhaliyə rabitə xidmətləri göstərmək üçün 4550-ə yaxın nömrə tutumu olan 12 avtomat telefon stansiyası quraşdırılmışdır. Bu gün əhalinin 4400-ə yaxını sabit telefon şəbəkəsindən, 2 minə yaxını isə internetdən istifadə edir. Rayonda “Naxtel”, “Azercell”, “Bakcell”, “Azerfon” mobil operatorları fəaliyyət göstərir, əhalinin bütün təbəqələri həm stasionar, həm də mobil telefon xidməti ilə təmin olunub. Bu da əhalinin dünyada və ölkədə baş verən hadisələri operativ şəkildə izləməyə, eləcə də insanların bir-biriləri ilə rahat əlaqə saxlamalarına imkan verir.

“Rabitə və poçt xidmətlərinin təşkili bölgənin ümumi inkişafının əsas göstəricilərindəndir”,- deyən Ali Məclisin sədri bildirib ki, əhalini poçt xidmətləri ilə təmin etmək üçün “Naxçıvanpoçt” Publik Hüquqi Şəxsin Kəngərli rayonunda filialı və 12 bölməsi yaradılmış, müasir iş şəraiti ilə təmin olunmuşlar. Əhalinin ən çox müraciət etdiyi və ən çox tələbat duyduğu sahələrdən biri rabitə və poçt xidmətləridir. Bütün bunlar nəzərə alınaraq vaxtilə bu ərazidə rayon yaradılarkən rabitə və poçt şəbəkəsinin də qurulması işlərinə başlanılmış, bu gün yeni Rabitə Evinin istifadəyə verilməsi ilə işlər uğurla başa çatdırılmışdır. Ötən dövrdə rayonda 32-si rabitə, 20-si isə poçt bölməsində olmaqla, 52 mütəxəssis yetişmişdir. Bu sahədə mütəxəssis hazırlığı vacib məsələdir. Ona görə ki, bu gün bütün sahələrdə yeni texnologiyalar tətbiq olunur. Əgər onların qurulması, idarə edilməsi yerli mütəxəssislər tərəfindən aparılmırsa, sonrakı dövrlərdə həmin texnologiyaların istismarında müəyyən çətinliklər yaranır. Muxtar respublikada optik kabellərin çəkilməsi və birləşdirilməsi, müasir rabitə sistemlərinin qurulması, yeni texnologiyaların tətbiqi yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Bu, uğurlu nailiyyətdir və imkan verir ki, qurulanlar uzun müddət istismar olunsun. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada ən ucqar kəndlərdən şəhər mərkəzlərinə qədər hər yerdə sürətli internetə çıxış vardır.

Ali Məclisin sədri kollektivə fəaliyyətlərində uğurlar arzulayıb, rabitə və poçt xidmətlərinin nümunəvi təşkili, yaradılan şəraitdən səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar verib.

Sonra Ali Məclisin sədri binada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan Rabitə Evində Kəngərli Rayon Rabitə İdarəsi, “Naxtel” müştəri xidmətləri, “Naxçıvanpoçt” publik hüquqi şəxsin Kəngərli Rayon filialı yerləşir. Kəngərli Rayon Rabitə İdarəsi 6, “Naxçıvanpoçt” Publik Hüquqi Şəxsin rayon filialı isə 12 kompüterlə təchiz edilib, həyətdə anbar və qaraj tikilib, generator quraşdırılıb.

Ali Məclisin sədri Kəngərli rayon telekommunikasiya sistemini işə salıb.

Bildirilib ki, rayon ərazisində 12 avtomat telefon stansiyası quraşdırılıb və bütün yaşayış məntəqələri telefonlaşdırılıb. Yeni inşa olunan Rabitə Evində yerləşən 352 nömrəlik mərkəzi avtomat telefon stansiyası vasitəsilə 167 abonentə rabitə xidməti, 78 abonentə isə genişzolaqlı internet xidməti göstəriləcəkdir. Həmçinin Kəngərli rayonunda 4-cü nəsil “Naxtel” mobil operatorunun bütün yaşayış məntəqələrini əhatə edən 7 baza stansiyası, eləcə də “Azercell”, “Bakcell” və “Azerfon” mobil operatorlarının baza stansiyaları mövcuddur.

“Naxçıvanpoçt” Publik Hüquqi Şəxsin Kəngərli rayon filialı 12 poçt bölməsindən ibarətdir. Müasirtipli binalarla təmin olunmuş bütün poçt bölmələri kompüterləşdirilib və POS-terminallar quraşdırılıb. Poçt bölmələrində ənənəvi xidmətlərlə yanaşı kommunal ödənişlərin, sığorta və üzvlük haqlarının, dövlət yol polisi cərimələrinin, bələdiyyə rüsumlarının və kreditlərin ödənilməsi, pensiya və sosial yardımların paylanması həyata keçirilir. Bundan başqa poçt bölmələrində əhaliyə itmiş əşyaların sahibinə çatdırılması və “Naxtel” müştəri xidmətləri də göstərilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH