“Kəpəz” Azərbaycan çempionatlarında 1000-ci qolu vurub
Bakı, 2 sentyabr, AZƏRTAC
“Kəpəz” Azərbaycan çempionatlarında 1000-ci qolu vurub.
AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının V turuna təsadüf edib. “Sabah”la Tovuz şəhər stadionunda keçirilən ev oyununda 2:3 hesabı ilə uduzan Gəncə təmsilçisinin ilk qolu yubiley xarakteri daşıyıb.
“Kəpəz”in 1000-ci qolunu Viktor Braqa vurub. Bu rəqəmi 1001-ə də çatdıran gəncəlilər 651-ci oyununda buna nail olub. Komandanın orta məhsuldarlığı 1,54-ə bərabərdir.
“Kəpəz” evdə 619, səfərdə 372, neytral meydanda 10 qola sevinib. Qərb təmsilçisi Azərbaycan çempionatları tarixində 1000 və daha çox qol vuran 3-cü komandadır. Yalnız “Neftçi” və “Qarabağ” daha çox fərqlənib.
Qeyd edək ki, “Kəpəz”in ilk qolunu 1992-ci il mayın 3-də “Turan”la ev oyununun (2:1) 21-ci dəqiqəsində Cavid Əhmədov vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]