“Kəpəz” futbol klubu Bakıda məşqlərə start verib
Bakı, 8 yanvar, AZƏRTAC
“Kəpəz” futbol klubu mövsümün ikinci yarısının hazırlığına Bakıda start verib.
AZƏRTAC xəbər verir ki, tibbi baxışdan keçən futbolçuların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Müayinə prosesi uğurla yekunlaşıb və bütün oyunçuların hazırlığa qatılmasına müsbət rəy verilib.
Gəncə klubu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir. Yanvarın 13-dək komanda məhz burada gündə iki dəfə məşq edəcək.
Komanda qış hazırlığının ikinci hissəsini Antalyada davam etdirəcək. Gəncə klubu fevralın 2-nədək qardaş ölkədə təlim-məşq toplanışında olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]