Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kersti Kiviryuyut: Azərbaycan mənim romanımı məşhurlaşdırıb

Kersti Kiviryuyut: Azərbaycan mənim romanımı məşhurlaşdırıb

Tallinn, 23 oktyabr, AZƏRTAC

Kersti Kiviryuyutun Bakıya həsr edilmiş “Küləklər şəhəri” əsəri Estoniyada “Piliqrimm” nəşriyyatı tərəfindən təşkil edilmiş “Bestsellerlər - 2017” ədəbi müsabiqəsinin qalibi olub. Kersti Kiviryuyut öz kitabını macəra romanı adlandırır. Müəllifi bu əsəri yazmağa ruhlandıran onun Azərbaycana böyük sevgisi olub. Müsabiqənin əsas mükafatına layiq görülmüş roman yaxın vaxtlarda böyük tirajla nəşr ediləcək.

“Küləklər şəhəri” kitabının müəllifi Kersti Kiviryuyut AZƏRTAC-a müsahibəsində bu romanın yaranması tarixi, Xocalı faciəsinin dəhşətli nəticələri barədə söhbət açıb, Azərbaycanı çox sevdiyini etiraf edib.

-Sizdə Azərbaycana sevgi necə yarandı?

-Mən hələ tələbəlik illərində Bakıya getmişdim. “Bakıda eston cəmiyyəti” mövzusunda diplom işim üçün material toplamaq məqsədilə Bakıya getdim. Yerli arxivlərdə eston cəmiyyətinin fəaliyyətinin tarixini öyrəndim. Hələ o vaxt sizin ölkənin paytaxtı məni heyran etdi, azərbaycanlılara sevgi hissim hələ də qəlbimdə yaşayır. 2000-ci illərdə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanla bağlı layihələrdə iştirak etmişəm. Hər dəfə sizin ölkənizə gələndə Azərbaycan xalqının qonaqpərvərliyi, səmimiliyi məni heyran edir.

2008-ci ildə Azərbaycan ilə Estoniya arasında gənclər mübadiləsi layihəsi başlandı. Mən müəllim olduğum üçün ilk növbədə məktəblilərlə maraqlanırdım və iki ölkə arasında məktəblilər mübadiləsi proqramında fəal iş aparırdım. Mənim təşəbbüsümlə bu proqram çərçivəsində estoniyalı uşaqlarla birlikdə Dağlıq Qarabağdan olan azərbaycanlı qaçqınların yerləşdiyi məktəbin binasına baş çəkdik. Biz uşaqlarla birlikdə həmin qaçqınlara imkan daxilində kömək etməyə çalışdıq, o cümlədən ərazinin abadlaşdırılması ilə məşğul olduq. Səfərin əsas məqsədi ondan ibarət idi ki, estoniyalı uşaqlar dəhşətli müharibə ilə üzləşmiş azərbaycanlı yaşıdlarının vəziyyətini anlasınlar və onların kədərinə şərik olsunlar.

Azərbaycanlı qaçqınlarla görüşlər məni “Balaca Fatimənin sözlərinə görə” adlı esse yazmağa sövq etdi. Xocalıdan olan bu balaca qaçqın qızın söylədiyi əhvalat ürəyimi ağrıtdı və mən Azərbaycan sakinlərinin üzləşdiyi dəhşətlər barədə oxucuya məlumat vermək zərurəti hiss etdim. Həmin essenin sərlövhəsi Fatimənin verdiyi bir sual oldu: “Bilmirəm, bütün bunlardan sonra biz onları bağışlaya bilərikmi?”.

-Gəlin sizin romana qayıdaq. Bu əsər nə barədədir?

-Dediym kimi, Azərbaycan məni hər mənada ruhlandırır. Atəşpərəstlik, zərdüştilik ilə bağlı Azərbaycan tarixi mənim üçün müəmmalı, ecazkar, sirli bir tarixdir.

Azərbaycan toponiminin bir mənası Odlar Yurdu kimi izah edilir. Bu adın özü sizin ölkənin tarixinə böyük maraq doğurur. İkincisi, Tur Heyerdal belə bir məşhur fərziyyə irəli sürüb ki, vikinqlər əslən Qafqazdandırlar. Onun bu fərziyyəsi, Qobustan dağları və oradakı qayaüstü rəsmlər məndə bu zəngin tarixi kağız üzərinə köçürmək arzusu oyatdı. Uzaq keçmişlə müasir dövrün çulğalaşdığı bu roman belə yarandı. Romandakı əhvalatlar 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən devrilməsindən və Estoniyanın Azərbaycanda ilk səfiri Robert Purun Bakıdan qaçmasından başlanır.

Mənim romanımın baş qəhrəmanları gənc eston qızı, azərbaycanlı bir cavan oğlan və Qarabağ müharibəsinin qurbanı olmuş Əhməd adlı qaçqındır. Oxucu Azərbaycanı gənc eston qızının gözləri ilə öyrənir.

Onu da əlavə etmək istərdim ki, şəxsən mənim Dağlıq Qarabaq müharibəsi ilə bağlı sarsıntılarım olmayıb, lakin hər bir müharibə özü ilə ağrı-acı və fəlakətlər gətirir. Müharibə - ölüm-itim, qocaların və uşaqların əzab-əziyyətlərə qatlaşması deməkdir. Xocalı faciəsini həmişə böyük kədərlə xatırlayıram və mənim romanımın səhifələrində qaçqın Əhməd surətinin yaranması bu faciə ilə bağlıdır.

Bilirsinizmi, Azərbaycanın zəngin mədəni irsini nəzərə alsaq, mənim əsərimi məşhurlaşdıran bu romandakı hadisələr deyil, Azərbaycan özü olub. Azərbaycanın hələ öyrənilməmiş sərvətləri və məziyyətləri çoxdur, Azərbaycan xalqının xeyirxahlığı, qonaqpərvərliyi, səmimiyyəti barədə danışmaqla qurtarmaz.

-Sizin gələcək planlarınızda Azərbaycan mövzusu varmı?

-Azərbaycan haqqında həmişə düşünürəm. Təkrar da olsa deməliyəm ki, Azərbaycanı və azərbaycanlıları çox sevirəm. Mən Azərbaycan xalqına rifah, sülh, Dağlıq Qarabağ münaqişəsinin dinc yola tənzimlənməsini, qaçqınların öz doğma evlərinə, torpaqlarına qayıtmasını arzu edirəm.

Mənim Azərbaycanla bağlılığımın rəmzi olan daha bir faktı qeyd etmək istəyirəm - mənim doğum günüm sizin Respublika Gününə -28 May tarixinə düşür. Görünür, bu da yuxarıdan gələn bir işarədir.

-Müsahibə üçün sağ olun.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində may ayında xidmət səviyyəsi 92 faizi keçib

Azad olunmuş torpaqların su resursları ərzaq təhlükəsizliyinin zəmanətidir – ŞƏRH

Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib

100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı

Qarabağın bərpası müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi təqdim olunub

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ

İsmail Ermağan: BTC, TANAP və TAP Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb

Azərbaycanın enerji diplomatiyası coğrafi məhdudiyyətləri strateji üstünlüyə çevirən uğurlu modeldir – ŞƏRH

Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək

Rauf Hacıyev: Azərbaycan bundan sonra da Xəzərlə bağlı məsələlərdə dialoqu və birgə fəaliyyəti dəstəkləyəcək

ABŞ-nin Aİ-dəki səfiri Ağ Evin Qrenlandiya ilə bağlı ritorikasına önəm verməməyə çağırıb

“Güclü cəmiyyətin zərif simaları” layihəsi Xankəndidə

Rumıniya nəşri: Türkiyə TANAP modeli formatında elektrik enerji dəhlizi yaratmağı təklif edir