“KƏŞFİYYAT VƏ ƏKS-KƏŞFİYYAT HAQQINDA” QANUN LAYİHƏSİ İKİNCİ OXUNUŞA HAZIRDIR
AZƏRTAC xəbər verir ki, iclasda “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilmişdir. Milli Məclis sədrinin müavini, komissiyanın sədri Ziyafət Əsgərov demişdir ki, layihənin parlamentdə birinci oxunuş müzakirəsi zamanı deputatların irəli sürdükləri rəy və təkliflər öyrənilmiş və bəziləri nəzərə alınmışdır. Belə ki, əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hüquqları ilə bağlı 8-ci maddəyə yeni bənd əlavə olunmuşdur (8.2.1.). Bundan başqa kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin sosial müdafiəsi ilə bağlı maddə genişləndirilmişdir (maddə 20). Bu maddəyə edilən əlavələrdə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə dövlət qayğısının artırılması, onların sosial müdafiəsi, yüksək əmək haqqı ilə təmin olunmaları və digər müddəalar öz əksini tapmışdır.
Müzakirələr zamanı deputatlar, Milli Təhlükəsizlik, Müdafiə nazirliklərinin və digər əlaqədar təşkilatların nümayəndələri layihə ilə bağlı öz tövsiyələrini vermişlər.
Sonda qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]