“Keşlə” klubu antirekordun bir addımlığında dayanıb
Bakı, 4 oktyabr, AZƏRTAC
“Keşlə” Azərbaycan Premyer Liqasında mövsümün ilk qələbəsini qazanıb. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda VI turda “Sabah”ı 2:0 hesabı ilə məğlub edib. Bu qələbə ilə “Keşlə” antirekordun bir addımlığında dayanıb.
AZƏRTAC xəbər verir ki, Bakı klubunun tarixində Premyer Liqanın startındakı ən gec qələbəsi VII tura təsadüf edib. Bu, 2018/2019-cu il mövsümündə qeydə alınıb. Həmin vaxt 6 turda 2 heç-heçə və 4 məğlubiyyəti olan komanda uğursuzluğa 7-ci oyunda son qoyub.
Beş matçlıq seriyanı dayandıran “Keşlə” 135 günlük qələbə həsrətinə son qoyub. S.Qurbanovun yetirmələri sonuncu dəfə ötən mövsümün mayın 19-da keçirilən son turunda “Qəbələ”ni 3:1 hesabı ilə məğlub etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]