REGİONLAR
KEYFİYYƏTLİ QİDA MƏHSULLARI İSTEHSALI DİQQƏT MƏRKƏZİNDƏDİR
Kənd təsərrüfatı naziri vəzifəsini icra edən İrşad Əliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, Rusiya, İtaliya və İspaniyada keçirilən beynəlxalq sərgilərdə “Tovuz-Baltiya”, “Miri Pak”, “Saf” şirkətlərinin, “Bakı şərab-1”, “Bakı şərab-2”, “Şampan şərabları”, “Gəncə şərab-2” müəssisələrinin məhsulları 70 qızıl, 672 gümüş, 12 bürünc medal, bir neçə Qran Pri mükafatı almışdır. Hazırda “Milk-Pro Ltd” şirkəti beynəlxalq İSO standartlarına uyğun 18 adda məhsul istehsal edir. Ölkəmizdə ət və süd emalı üzrə 50-yə yaxın sex və kombinat fəaliyyət göstərir, 63 zavodda meyvə və tərəvəz emal edilir.