Kiberfiziki sistemlərin intellektual analizi problemləri araşdırılır
Bakı, 21 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda mürəkkəb bulud sistemlərinin və “Industry 4.0” platformasında kiberfiziki sistemlərin intellektual analizi problemləri araşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Elmi şuranın növbəti iclasında institutun icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov məlumat verib.
R.Ələkbərov qeyd edib ki, 2023-cü ildə bulud texnologiyalarının elmi-nəzəri problemləri, mobil hesablama sistemlərində bulud resurslarının (proqram təminatlarının) “cloudlet”lərdə səmərəli yerləşdirilməsi üçün metod və alqoritmin işlənməsi istiqamətində araşdırmalar aparılıb.
Şöbə müdiri mobil bulud hesablamalarının optimal sintezi, kiberfiziki sistemlərin intellektual şəbəkə infrastrukturunun sintezi, kiberinsidentlərin aşkarlanması, superkompüterin enerji sərfiyyatında meydana çıxan problemlər və s. məsələlərlə bağlı aparılan tədqiqatların nəticələrini də diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:55]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]