Kikboksçumuz “Glory” seriyalı yarışda növbəti qələbəsini qazanıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Alim Nəbiyev növbəti qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, idmançımız “Glory” seriyalı yarışda uğur əldə edib. O, Hollandiyanın paytaxtı Amsterdamda təşkil olunan “Glory59” döyüş gecəsindən qələbə ilə ayrılıb. A.Nəbiyev “Yohan Kroyff Arena”da hollandiyalı Eyevan Danenberqlə üz-üzə gəlib. “Glory” reytinqinin 2-cisi olan kikboksçumuz bu siyahıda 4-cü olan rəqibinin müqavimətini qıraraq, döyüşü qalib kimi tərk edib.
Bu, Alimin nüfuzlu seriyada keçirdiyi 5-ci döyüşdə 4-cü qələbəsi olub. Ümumilikdə isə A.Nəbiyev 57-ci döyüşündə 50-ci dəfə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]