Kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub
Naxçıvan, 2 mart, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə yeniyetmələr arasında keçirilən kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyi başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Şərur, Babək, Culfa və Kəngərli rayonlarının idmançıları da iştirak ediblər. Birincilikdə 6 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı mübarizə aparıb.
Yarışın yekun nəticəsinə əsasən Sadiq Hacıyev, Raiq Rəcəbli, Şəmsəddin Əliyev, Səhət Əsədov, İsmayıl Yaqubov və Cəfər Novruzov öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılara diplom və hədiyyələr təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:44]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:36]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [18:49]
Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO
- 16.06.2026 [18:33]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:05]