Kimyaçı alim “Bentham Science Publishers” nəşriyyatı tərəfindən növbəti sertifikata layiq görülüb
Bakı, 10 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru dosent Əfsun Sucayev “Bentham Science Publishers” nəşriyyatının “Current Organic Chemistry” jurnalının redaksiya heyəti tərəfindən növbəti dəfə beynəlxalq rəyçi sertifikatına layiq görülüb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Bildirilib ki, Əfsun Sucayev jurnal tərəfindən daxil olan məqalələrə mütəmadi rəy verdiyi üçün təltif edilib.
İmpakt faktoru 2.226 olan jurnal “Science Citation Index Expanded” bazasında indekslənib.
“Current Organic Chemistry” asimmetrik sintez, orqanik-metal kimyası, bioüzvi kimya, heterosiklik kimya, təbii məhsullar kimyası və üzvi kimyada analitik üsullar sahələrində irəliləyişləri ümumiləşdirən elmi icmal jurnalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:51]
Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub
- 07.10.2026 [15:31]
Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil
- 07.10.2026 [14:23]
Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB
- 07.10.2026 [14:11]