Kimyaçı alim beynəlxalq jurnalın rəyçi sertifikatına layiq görülüb
Bakı, 3 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev dünyada məşhur “Wiley” nəşriyyatının “Kimya və biomüxtəliflik” jurnalının redaksiya heyəti tərəfindən növbəti beynəlxalq rəyçi sertifikatına layiq görülüb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Bildirilib ki, o, 2022-ci ildə təqdim olunan hər bir əlyazmanı dəqiq və dürüst araşdıraraq onun dərc olunması üçün uyğunluğu barədə obyektiv rəy verməklə sözügedən jurnalın nüfuzlu beynəlxalq bazalarda mövqeyinin möhkəmlənməsi, nüfuzunun artırılması və elmmetrik göstəricilərinin yüksəldilməsinə verdiyi töhfələrə görə sertifikatla təltif olunub.
“Kimya və biomüxtəliflik” jurnalı təbiətin molekulyar səviyyədə necə işlədiyinə dair anlayışımızı genişləndirmək məqsədilə kimya və biologiya elmləri arasında sərhəddə yerləşən bütün tədqiqat sahələrini əhatə edir. Nəşr tədqiqat məqalələrini, kimyanın bütün sahələrini və ona yaxın sahələri əhatə edən resenziyalı elmi jurnaldır.
Jurnalın impakt faktoru 2.745-ə bərabərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:51]
Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır
- 05.10.2026 [12:32]
Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr
- 05.10.2026 [12:05]
Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir
- 05.10.2026 [12:02]
Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır
- 05.10.2026 [11:57]
Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol
- 05.10.2026 [11:52]