Kimyaçı alimin beynəlxalq rəyçi fəaliyyəti sertifikata layiq görülüb
Bakı, 14 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev “Wiley” nəşriyyatının “ChemistrySelect” jurnalının redaksiya heyəti tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Əfsun Sucayev təqdim olunan hər bir əlyazmanı diqqətlə araşdıraraq, onun dərc olunması üçün uyğunluğu barədə obyektiv rəy verməklə sözügedən jurnalın nüfuzlu beynəlxalq bazalarda mövqeyinin möhkəmlənməsi, nüfuzunun artırılması və elmmetrik göstəricilərinin artırılmasına verdiyi töhfələrə görə sertifikatla təltif olunub.
“ChemistrySelect” kimyanın bütün sahələrini və ona bitişik sahələri əhatə edən resenziyalı elmi jurnaldır. Bu jurnal “Science Citation Index Expanded” və “Scopus”da indekslənir. İmpakt faktoru 2.307-yə bərabərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]
AMEA-da gürcü alimlərlə görüş olub
- 09.10.2026 [17:20]
BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub
- 09.10.2026 [17:01]