Kişi voleybolçuların Yüksək Liqasında ilin ilk oyunları keçirilib
Bakı, 11 yanvar, AZƏRTAC
Kişi voleybolçular arasında Yüksək Liqada ilin ilk qarşılaşmaları keçirilib.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, VIII tura “Neftçi” - MOİK matçı ilə start verilib. “Murov Az Terminal” klubunun idman zalında təşkil olunan görüş “ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun növbəti oyununda “Murov Az Terminal” və “Azərreyl” klubları üz-üzə gəliblər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan gərgin qarşılaşmada tərəflər hərəyə iki set qazandığından qalib tay-brekdə müəyyənləşib. Bu hissədə daha dəqiq oynayan “Murov Az Terminal” meydandan 3:2 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, Yüksək Liqada “Xarı Bülbül Şuşa” 16 xalla turnir cədvəlinə liderlik edir. Hərəyə 15 xal qazanan “Murov Az Terminal” və “Azərreyl” 2-ci və 3-cü, “Neftçi” 13 xalla 4-cü, “Xarı Bülbül Laçın” 4 xalla 5-ci, xalı olmayan MOİK isə 6-cı yerdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]