Kişi voleybolçuların Yüksək Liqasında ilin ilk oyunlarının vaxtı bəlli olub
Bakı, 10 yanvar, AZƏRTAC
Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk qarşılaşmalarının vaxtı bəlli olub.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Yüksək Liqasının 8-ci turuna təsadüf edəcək hər iki oyun yanvarın 11-də keçiriləcək.
Günün ilk qarşılaşması “Murov Az Terminal” klubunun idman zalında təşkil olunacaq. Saat 16:00-da başlayacaq matçda “Neftçi” MOİK-i qəbul edəcək.
Turun növbəti qarşılaşmasında isə “Murov Az Terminal”la “Azərreyl” üz-üzə gələcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək oyun saat 18:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]