Kitabxana şəhid leytenant Yunis Əliyev haqqında videoçarx hazırlayıb
Bakı, 17 dekabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası şəhid leytenant Yunis Əliyev haqqında videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın “Instagram” səhifəsində oxuculara təqdim edilib.
Videoçarxda bildirilir ki, 2000-ci il yanvarın 19-da Bakı şəhərində anadan olan Yunis Suqovuşanın işğaldan azad olunmasında fəal iştirak edib. Baş atıcı olaraq fəallığı ilə seçilib. Oktyabrın 5-i gecə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Bülbülə kəndinin Şəhidlər xiyabanında dəfn olunub.
Döyüş yoldaşları qeyd edir ki, Yunisin pulemyotu düşmənlərin kabusu idi. Döyüş zamanı yaralı döyüş yoldaşına yardım edərkən, ayağından yaralansa da, silahı yerə qoymayıb və boyun nahiyəsindən düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:59]
“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan
- 02.10.2026 [17:25]
Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır
- 02.10.2026 [11:04]