İDMAN
KİV: “Neftçi” “Şaxtyor”un futbolçusuna təklif göndərib
Bakı, 12 yanvar, AZƏRTAC
Ukraynanın “Şaxtyor” klubunun futbolçusu Aleksey Kaşuk karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə "Dalmatinskiportal" nəşri məlumat yayıb. Bildirilib ki, “ağ-qaralar” 23 yaşlı yarımmüdafiəçi üçün sərfəli təklif göndərib. Donetsk təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkən oyunçunun komandadan ayrıla biləcəyi istisna edilmir.
Xorvatiya mediasının iddiasına görə, “Hayduk” da adıçəkilən futbolçunun transferində maraqlıdır. Xəbərdə əvvəllər “Qarabağ”ın da forvardla maraqlandığı vurğulanıb.
Qeyd edək ki, ötən mövsüm “Sabah”ın heyətində 33 matça çıxan Aleksey Kaşuk 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [17:57]
“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib
- 02.07.2024 [15:05]
Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
- 02.07.2024 [14:36]
Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib
- 02.07.2024 [13:50]
Arif Əsədov: Türkiyə millisi əzmkarlıq hesabına Avstriyanı məğlub edə bilər
- 02.07.2024 [12:44]
“Sumqayıt” futbol klubu “Yay Futbol Düşərgəsi” layihəsinə start verib
- 02.07.2024 [12:37]