Kiyev şəhərinin mərkəzi hissəsi raketlərlə vurulub, dağıntılar var
Kiyev, 31 dekabr, AZƏRTAC
Dekabrın 31-də Rusiya ordusu tərəfindən edilən raket hücumu nəticəsində Kiyevdə birdən-birə üç rayonda - Solomenski, Peçerski və Qoloseyevskidə partlayışlar baş verib, dağıntılar var.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko teleqram səhifəsində yazıb.
"Partlayışlardan biri paytaxtın Solomenski rayonunda yaşayış binaları arasında eşidilib. Bütün xidmətlər çalışır, həkimlər artıq hadisə yerindədirlər", - deyə mer əlavə edib.
Raket zərbəsindən dağılan binalardan birinin hotel olduğu bildirilir.
Ölən və xəsarət alanlar barədə əlavə məlumat verilməyib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]