Kiyevdə səsvermə seçici fəallığı ilə başa çatıb
Kiyev, 7 fevral, AZƏRTAC
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar Kiyevdə səsvermə başa çatıb.
AZƏRTAC xəbər verir ki, səsvermə seçici fəallığı ilə müşahidə edilib. 17 saylı üçüncü Yasamal seçki dairəsinin 49 saylı seçki məntəqəsinin seçici siyahısında olan Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti səsvermədə iştirak edib.
Seçki komissiyasının üzvü Sabir Rzayev AZƏRTAC-a bildirib ki, Kiyevdə yaradılan seçki məntəqəsində səsvermə uğurla başa çatıb. Ukraynanın müxtəlif bölgələrində yaşayan Azərbaycan vətəndaşları gələrək səsvermədə iştirak etdilər.
“Bu gün Ukrayna ərazisinə, o cümlədən Kiyevə raket hücumuna baxmayaraq, vətəndaşlarımız 500-600 kilometr məsafəni qət edərək seçkilərdə iştirak etdilər”, - deyə Sabir Rzayev bildirib.
Səsverməyə yerli vaxtla saat 19:00-da yekun vurulub. Səsvermə Seçki Məcəlləsinə uyğun keçirilib, məntəqə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev