KİYEVDƏ UKRAYNA–AVROPA İTTİFAQI ZİRVƏ TOPLANTISI KEÇİRİLİR
Forumda Avropa Komissiyasının sədri Joze Barrozu, Avropa İttifaqının ümumi xarici siyasət və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Xavyer Solana və Avropa İttifaqının xarici siyasət və Avropa qonşuluq siyasəti üzrə komissarı Benita Ferrero-Valdner də iştirak edirlər.
Zirvə toplantısında fevralın 21-də imzalanmış Ukrayna-Avropa İttifaqı fəaliyyət planının həyata keçirilməsi, Ukrayna ilə Aİ arasında münasibətlərin inkişafı məsələsi, habelə Kiyevin Avropaya inteqrasiya istiqamətində tədbirləri müzakirə olunur.
Forumun nəticələrinə əsasən, Avropa İttifaqı və Ukrayna liderlərinin birgə bəyanatı qəbul olunacaqdır. Sənəddə tərəflər əməkdaşlıq barədə öz qiymətlərini bildirəcəklər.
Bundan əlavə, ikitərəfli sənədlər, o cümlədən Avropa İttifaqı ilə Ukrayna arasında qarşılıqlı anlaşma və energetika sahəsində əməkdaşlıq haqqında memorandum, Avropa İttifaqı, ona üzv dövlətlər və Ukrayna arasında “Qalileo” mülki qlobal naviqasiya peyk sisteminə dair əməkdaşlıq haqqında saziş və Ukrayna ilə Aİ arasında hava əlaqəsinin bəzi cəhətləri haqqında saziş imzalanması da nəzərdə tutulur.
Xatırladaq ki, indiki forum Ukrayna ilə Avropa İttifaqı arasında yüksək səviyyədə doqquzuncu görüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]