Kiyevə gələn xarici turistlərin sayına görə Azərbaycan ilk onluqdadır
Kiyev, 14 avqust, AZƏRTAC
Bu ilin altı ayında Kiyevə 688,47 min xarici turist gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,43 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Hesabatda qeyd olunur ki, Kiyevə gələn ən çox xarici turistlərin siyahısında Azərbaycan ilk onluğa düşüb. İlk onluqda bu ölkələr yer alıb - İsrail, ABŞ, Almaniya, Belarus, Türkiyə, Böyük Britaniya, Azərbaycan, Fransa, İtaliya və Gürcüstan.
Məlumata görə, bu il ərzində Kiyevə 1,4 milyon xarici turistin gəlməsi proqnozlaşdırılır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]