Klayv Marşal: Azərbaycanın bölgələrində müşahidə etdiyim sürətli iqtisadi inkişaf məni heyran etdi VİDEO
Bakı, 2 iyun (AZƏRTAC). Bu, mənim Azərbaycana ilk səfərimdir. 2016-cı ildə AZƏRTAC-ın ev sahibliyi ilə təşkil olunacaq Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq məqsədilə Bakıda keçirilən iclasda iştirak etməkdən çox məmnunam.
Bu sözləri Böyük Britaniyanın “Press Association” Agentliyinin baş icraçı direktoru Klayv Marşal AZƏRTAC-a müsahibəsində
demişdir.
Qonaq Azərbaycanın Şamaxı və Qəbələ rayonlarına da səfər etdiyini, bu rayonlarda gedən sürətli inkişafın yaxından şahidi olduğunu bildirmişdir. Xüsusi vurğulamışdır ki, ümumiyyətlə, Azərbaycanın bölgələrində müşahidə etdiyim sürətli iqtisadi inkişaf məni heyran etdi.