Koalisiya qırıcıları Suriya hava məkanında qaydaları 5 dəfə pozub
Bakı, 11 sentyabr, AZƏRTAC
Amerikayönlü antiterror koalisiyanın qırıcıları və pilotsuz uçuş aparatları son sutka ərzində Suriyanın hava məkanda 5 dəfə təhlükəli vəziyyət yaradıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit məlumat verib.
“Beynəlxalq hava yollarının keçdiyi Əl-Tənf bölgəsində iki cüt “F-16” qırıcısı, bir çoxməqsədli koalisiya “MQ-1C” pilotsuz təyyarəsi tərəfindən gündə 5 qayda pozuntusu qeydə alınıb”, -deyə V.Kulit qeyd edib.
Bundan başqa, koalisiyaya məxsus pilotsuz uçuş aparatları tərəfindən protokol qaydaları 14 dəfə pozulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]